Tapşırıqların İdarəolunması Sistemi
Sistemin funksionallığı
TaskOne -
tapşırıqların verilməsi və tapşırıqların icra olunmasına nəzarət prosesinin
avtomatlaşdırması sistemidir.
Bu sistem xidmət növündən asılı olmayaraq bütün müəssisələrdə tapşırıqların verilməsi və həlli prosesinin avtomatlaşdırılmasını həyata keçirir. Həmçinin, müştəri xidmətləri göstərən müəssisələrdə iş prosesinin optimallaşdırılmasına imkan yaradır.
Sistem vasitəsi ilə qəbul olunan sorğuları qeyd etmək, tapşırıqları yönəltmək, tapşırığın həllinə və əməkdaşların məşğulluğuna nəzarət etmək mümkündür.
Sistem sorğunun qəbulu və emalı prosesinin avtomatlaşdırılması nəticəsində sorğulardan yaranan tapşırıqların daha sürətli həllini təmin edir. Bu sistem müəssisələrə sorğuların emalı prosesində vaxt itkisini minimuma endirməklə daha keyfiyyətli xidmət göstərmək imkanı yaradır.
Tapşırıqların həlli prosesi
TaskOne sistemindən bütün müəssisə əməkdaşlarının istifadə etməsi nəzərə tutulub. Sistemdəki hər bir əməkdaş aldığı və ya göndərdiyi tapşırıqların siyahısını görmək və tapşırığın vəziyyəti haqqında məlumat əldə etməklə yanaşı cari vaziyyət haqqında məlumatları daxil edə bilir. Sistemdə tapşırığın həlli zamanı iştirak edən bütün əməkdaşların verilmiş tapşırıqda rollarını və qeydlərini görmək mümkündür.
Tapşırıqların statusu
Tapşırıqların statusu anlayışı tapşırıqların prioritetindən aslı olaraq onları ayırmağa imkan yaratmaq və zamana uyğun olaraq həllini təyin etmək üçün sistemə daxil edilmişdir. Sistemdə istifadəçiyə statusu və planlama zamanını daxil etmək və vəziyyətdən asılı olaraq dəyişmək imkanı yaradılıb.
Sistemdə təşkilati sturuktur vasitəsi ilə bütün əməkdaşlar qeydə alınır və müəssisədə əməkdaşlar üzrə cari məşğulluq haqqında məlumat almaq imkanı yaradır. Cari və ya istənilən zamana görə bütün tapşırıqlara və onların həlli tarixçəsinə baxmaq imkanı da sistemdə nəzərə alınıb.
Hesabatlar və sistem istifadəçiləri
Sistemdə müxtəlif növ hesabatlar əldə etmək mümkündür. Sistem cari və tarixə görə, qəbul olunan sorğulara və tapşırıqlara görə istənilən hesabatı almağa imkan yaradır. Həmçinin, istənilən sayda sistem istifadəçisi yaratmaq imkanı ilə bərabər, istifadəçi müxtəlifliyini nəzərə alaraq xüsusi çox funksiyalı istifadəçi paneli nəzərdə tutulub.
Sistemin üstünlükləri
- İstənilən sayda istifadəçi yaratmaq imkanı və
istifadəçilər üçün cox funksiyalı istifadəçi paneli
- Tapşırıqlar üçün sistemdə status və planlama vaxtı funksionallığı
- Müəssisədə olan bütün sorğu və tapşırıqların elektron şəkildə bazasının olması
- Operativ axtarış sistemi
- Tapşırıqların həllinə nəzarət etmək imkanı
- Müəssisə üzrə bütün əməkdaşlar haqqında məlumat bazası
- Verilənlərin təhlükəsizliyinin təmin olunması və məlumatların qorunması
- Əməkdaşların məşğulluğu barədə məlumat almaq imkanı
- Sorğuları əhatəli şəkildə daxil etmək imkanı
- Rahat istifadəçi interfeysi
- Tapşırığa dair bütün etapları özündə saxlayan əhatəli tarixçə
- İstənilən hesabatın tez bir zamanda əldə edilməsi
- Oracle ve Java texnologiyalari üzərində qurulmuş sürətli və dayanıqlı sistem
Sistemin modulları

İstifadə Olunan Texnologiyalar