Azərbaycan Dövlət İqtisad Universitetində “EduMan Platforması” və İT infrastruktur

Bundan əlavə olaraq, təhlükəsizlik baxımından son tələblərə cavab verən server otagı tikilib istifadəyə verilmişdir.
Auditoriya otaqlarında keyfiyyətli son İT avadanlıqlarla təchiz olunmuş Podiumlar quraşdırılmışdır.Bu podiumlar müəllimlər üçün jurnalla qeydlər və digər əməliyyatları aparmağı asanlaşdırır.
3 korpusda davamiyyətə nəzarət sistemi əsasında Virdi avadanlığı quraşdırılmışdır.Bu sistem vasitəsi ilə davamiyyətə veb üzərindən nəzarət etmək mümkündür.
Auditoriylara İnteraktiv lövhələr quraşdırılmışdır.Bu lövhələr auditoriyada keçirilən dərs, müəllim və qrup haqqında məlumat verir
Eduman- Tədrisin idarə edilməsi sistemi
Eduman- tədrisin idarə edilməsi sistemi. Müəllim - tələbə kabinetləri və inzibatçı paneli vasitəsi ilə idarə edilir. Tələbə və əməkdaşların bazasının, dərs cədvəllərinin, tədris planlarının, akademik qrupların, fənn kataloqlarının, tematik planların, elektron jurnalların yaradılması və idarə edilməsi, və.s kimi funksionallıqları özündə birləşdirir. Geniş və dinamik soraqça vasitəsi ilə inzibatçı səviyyəsində rahat və çevik tənzimləmələr etmək imkanı mövcuddur. 2015 ci ilin sentyabr ayında universitetdə aktiv istifadə edilir.
Elektron imtahan sistemi
Eduman platformasında yaradılan elektron imtahan sistemi vahid bazadan tələbələrin semester müddətində tədris aldıqlar fənlərin kollikvium və yekun imtahanlarının təşkili üçün yaradılmışdır. Sual və test bankları vahid şəkilidə idarə edilməsinə imkan yaradır. Tələbələrin imtahan nəticələrinin vahid bazada toplanması və bu məlumatların əsasında tələbələrin yekun qiymətlərinin ortaya çıxmasına imkan yaradır. İmtahan qiymətləri Eduman bazasında jurnallarda avtomatik şəkildə qeyd edilməsi imkanıda əməkdaşların işini dahada rahatlaşdırır.
Yenidən hazırlanma təhsilinə tələbələrin sənəd qəbulu sistemi
Distant, qiyabi və əlavə təhsil növlərinə müraciəti online həyata keçirmək məqsədi ilə yaradılıb. Sistem müraciət paneli (şəxsi kabinet) və müraciətlərin qəbulu və idarə edilməsi panellərindən ibarətdir. Sistem 3 dilə (Azərbaycan, Rus, İngilis) tərcümə edilmişdir. Müraciət paneli vasitəsi ilə müraciətçilər tələb olunan məlumatlarını və lazımı sənədlərinin nüsxələrini doldurub istədikləri yerdən bu təhsil növlərinə müraciət edə bilirlər. Azərbaycan Dövlət İqtisad Universitetində bu sistem vasitəsi ilə 2015 avqust və 2016 yanvar aylarında Yenidən hazırlanma təhsilinə qəbul uğurla həyata keçirilmişdir.
Təkrar ali təhsilə sənəd qəbulu sistemi
Tələbə şöbəsinin sifarişi əsasında hazırlanmış Sənəd qəbulu sistemi bu təhsil növlərinə müraciət qəbulunu online həyata keçirmək məqsədi ilə yaradılıb. Sistem müraciət paneli (şəxsi kabinet) və müraciətlərin qəbulu və idarə edilməsi panellərindən ibarətdir. Sistem 3 dilə (Azərbaycan, Rus, İngilis) tərcümə edilmişdir. Müraciət paneli vasitəsi ilə müraciətçilər tələb olunan məlumatlarını və lazımı sənədlərinin nüsxələrini doldurub istədikləri yerdən bu təhsil növlərinə müraciət edə bilirlər. Artıq bu system vasitəsi ilə Yenidən hazırlanma təhsilinə qəbul 2015 avqust ayında uğurla həyata keçirilmişdir.
Əcnəbi tələbələrin sənəd qəbulu sistemi
Beynəlxalq əlaqələr şöbəsinin sifarişi əsasında hazırlanmış sənəd qəbulu sistemi dünyanın bütün ölkələrindən təhsil almaq istəyən tələbələrin universitetdə də bütün təhsil pillələri üzrə müraciətlərinin qəbul edildiyi sistemdir. Əcnəbi tələbələr öz vətənlərini tərk etmədən bu sistem vasitəsi ilə rahat bir şəkildə sənədlərini yollaya bilərlər. Sənədlərinin baxılma status haqqında məlumatları əldə edə bilərlər. Sistemdə bildiriş və e-mail notifikasiya yollamaq ikanları mövcuddur. Artıq bu system vasitəsi ilə 2015 avqust ayında Əcnəbi tələbələrin qəbulu həyata keçirilmişdir.
Müəllimlərin əməkhaqqılarının diffirensial hesablanması
Sistem müəllim- tələbə kabinetləri və inzibatçı paneli vasitəsi ilə idarə edilir. Müəllimlər öz elmi fəalliyətləri kriteriyalara uyğun olaraq kabinetləri vasitəsi ilə sistemə daxil edirlər. Eyniyıə tələbələrdə müəyyən dövrdə onlara verilən imkanlar əsasında tələbə kabinetlərində onlara dərsləri tədris edən müəllimlər barədə anket doldururlar. Bu məlumatlar əsasında inzibatçı panelində təsdiqlənən fəaliyyətlər və tələbə anketləri müəyyən bal ilə qiymətləndirilir, buda öz növbəsində müəllimlərin maaşlarının müəyyən bir həddə artmasına imkan yaradır. Sistemdə Universitet, fakültə, kafedra, müəllim reytinqlərinə görə hesabatlar əldə etmək mümkündür.