Rəqəmsal Gələcək
ULTRA ilə Gələcək

H3C ilə Rəqəmsal Transformasiya: Biznes Həlləri və Hiperkonvergensiya

Oktyabrın 18-də “MariVanna Baku” restoranında “The Digital Transformation with H3C: Business Solutions and Hyperconvergence” mövzusunda seminar baş tutub. Tədbir H3C şirkətinin kompleks həllərinə və onların sistemə inteqrasiyasına həsr olunub. Tədbir zamanı korporativ şəbəkələrin mühafizəsi, #şəbəkə infrastrukturunun dayanıqlığının və xarici təsirlərə davamlılığının artırılması mövzularına toxunulub.

H3C şirkəti müxtəlif sahələrdə, o cümlədən telekommunikasiya, maliyyə, təhsil, səhiyyə və dövlət sektorunda geniş müştəri portfelinə malikdir. Tədbiri giriş sözü ilə açan H3C şirkətinin Azərbaycan və Gürcüstan üzrə satış direktoru Nurlan Əzimov tədbir iştirakçılarına şirkət haqqında məlumat verib, habelə Azərbaycanda biznesin inkişafı planları ilə bölüşüb.

H3C-nin Texniki Həllər şöbəsinin direktoru Kuat Tuyakbayev seminar iştirakçılarını şirkətin həlləri ilə daha ətraflı tanış edib. Tədbir zamanı həmçinin  korporativ şəbəkələrin mühafizəsi, şəbəkə infrastrukturunun sabitliyinin artırılması və onun xarici təsirlərə qarşı davamlılığı mövzularına toxunulub. Seminarın məlumatlandırma hissəsi H3C şirkətinin kompleks həllərinə, onların sistemə inteqrasiyasına, həmçinin sonrakı sazlama və optimallaşdırma işlərinə həsr olunub.

Seminarın sonunda qonaqlara müsabiqədə iştirak etmək, həmçinin H3C, “ERC Distribution Azerbaijan” və “Ultra Technologies” şirkətlərinin mütəxəssislərinə suallar vermək imkanı yaradılıb. Tədbir şam yeməyi ilə başa çatıb. Şam yeməyi zamanı müzakirələr qeyri-rəsmi mühitdə davam etdirilib.

Daha ətraflı məlumat üçün məqaləyə keçid edin: https://goo.su/zKq8