"Ultra Technologies" və HP şirkətlərinin birgə təşkilatçılığı ilə müştərilər üçün birgə tədbir keçirilib
"Ultra Technologies" və HP şirkətləri Zuğulba qəsəbində müştərilər üçün "Business Horizon Session, 2024” adlı birgə tədbir keçirib. HP-nin süni intellekt sahəsində innovativ biznes həllərinə həsr olunmuş konfransda həmçinin şirkətlərin Azərbaycanda birgə fəaliyyəti məsələlərinə toxunulub.
Tədbirin əsas məruzəçisi qismində HP şirkətinin Şərqi Avropa ölkələri üzrə regional satış meneceri Anton Qaynikov çıxış edib. Anton bazardakı mövcud trendlər haqqında məlumatları paylaşıb, həmçinin süni intellekt dövrünün gəlişi ilə biznes həllərinin satışı seqmentində tələbin necə dəyişdiyindən söhbət açıb.