2008-2012-ci illərdə Azərbaycan Respublikasında Təhsil Sisteminin
İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində
ELEKTRON TƏHSİL HƏLLƏRİ
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ULTRA şirkətinin rəhbərlik etdiyi və SIVECO, Microsoft, Hewlett-Packard, CISCO, Mədəd və Intel şirkətlərindən ibarət beynəlxalq konsorsium Azərbaycanın orta məktəblərində Elektron təhsil həllərinin tətbiqi üçün səylərini birləşdirdilər. Əsas məqsəd Azərbaycanın təhsil sisteminin inkişafına və müasirləşdirilməsinə öz töhfəsini vermək, məktəb idarəetmə prosesində və həmçinin orta tədris sistemində informasiya texnologiyalarından istifadəni tətbiq etmək və gücləndirməkdən ibarətdir.

Bu həllərdən əsas faydalananlar Azərbaycanın müəllim, şagirdləri və ümumiyyətlə təhsil sisteminin bütün iştirakçılarıdır.
Məlumat və Resurs Mərkəzi
Məlumat və Resurs Mərkəzi 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində yaradılıb.

 

 

Yaradılmış Məlumat və Resurs Mərkəzi Azərbaycan Təhsil Sektorunun İnformasiyalaşdırılmasında Mərkəzi yer tutur. Məlumat və Resurs Mərkəzi 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində yaradılıb. Azərbaycan təhsil şəbəkəsində internetə "giriş və çıxış nöqtəsi" olmaqla yanaşı, Mərkəz, həmçinin təhsilə aid informasiya resurslarının toplanacağı yer olacaqdır. Mərkəzdə xüsusi təhlükəsizlik qəfəsi qurulmuş, bütün avadanlıqların 24 saat və rezervli çalışması üçün hər cür texniki imkan yaradılmışdır. Mərkəzdə Azərbaycan təhsil şəbəkəsinin məlumatlarını yerləşdirmək üçün ən müasir İntel platformalı dörd nüvəli serverlər quraşdırılmışdır. Məlumat və Resurs Mərkəzdə quraşdıralacaq verilənlər bazası eyni anda milyonlarla əməliyyatları həyata keçirmək gücünə malikdir. Bundan əlavə Mərkəzdə Azərbaycanda analoqu olmayan ən yeni fiziki təhlükəsizlik sistemləri quraşdırılmışdır ki, bu da toplanılacaq məlumatlara kənar müdaxilələrin qarşısını alacaqdır.
   
Azərbaycan Respublikası Təhsil Portalı

Təhsil Portalının funksiyalarından əsasən dörd istifadəçi qrupu yararlana bilə: müəllimlər", "şagirdlər", "tələbələr" və "valideynlər".http://portal.edu.az


 

 

Təhsil Portalının funksiyalarından əsasən dörd istifadəçi qrupu yararlana bilə: müəllimlər", "şagirdlər", "tələbələr" və "valideynlər". Hər bir istifadəçi qrupu üçün xüsusi interfeys və funksiyalar nəzərdə tutulmuşdur. Bu onlara rahat və operativ olaraq konkret qrup üçün nəzərdə tutulmuş məlumatlardan və servislərdən istifadə etməyə imkan yaradacaqdır. Təhsil Portalında müxtəlif tədris elektron resursları yerləşdiriləcəkdir. Bu tədris resursları həm mərkəzləşdirilmiş formada Təhsil Nazirliyi tərəfindən, həm də müəllimlər və metodistlər tərəfindən portalda yerləşdiriləcəkdir. Təhsil Portalında, həmçinin hər bir məktəb üçün səhifə yaratmaq mümkündür. Burada məktəbin xəbərləri, tədbirləri, müəllimlərin şəxsi saytları və məktəblərin veb-saytlarına linklər təqdim edilir.
  ətraflı
Elektron Məktəb İdarəetmə Proqramı

Bu proqram məktəbin idarəedici heyətinə dəstək, bütün səviyyələrdə qərarların qəbul edilməsi, qiymətləndirmə, planlaşdırma, monitorinq və nəzarət üçün köməkçi alətləri təqdim edir.


 

 

Elektron Məktəb İdarəetmə Proqramı məktəbin idarəedici heyətinə dəstək, bütün səviyyələrdə qərarların qəbul edilməsi, qiymətləndirmə, planlaşdırma, proqnozlaşdırma, monitorinq və nəzarət üçün köməkçi alətləri təqdim edir:
* Təşkili sxem: müəllimlər, şagirdlər, sinif rəhbərləri və köməkçi heyət
* Şagird və müəllimlər haqqında məlumat: şəxsi məlumat, ixtisas, cari və keçmiş fəaliyyət
* Sinif jurnalı: qiymətlər, qaiblər, nəticələr, fəaliyyət, işin qiymətləndirilməsi
* Dərs cədvəli
* İnsan resurslarının idarə edilməsi və s.

Bu proqramda məktəb haqqında toplanılan məlumat onlayn rejimdə Milli Təhsil Məlumat Bazasına daxil olur.
Milli Təhsil Məlumat Bazası (MTMB)

Bu sistem təhsilin keyfiyyəti və obyektivliyinin monitorinqini həyata keçirmək üçün nəzərdə tutulan təhsil sistemi haqqında məlumat bazasıdır.


 

 

Bu sistem təhsilin keyfiyyəti və obyektivliyinin monitorinqini həyata keçirmək üçün nəzərdə tutulan təhsil sistemi haqqında məlumat bazasıdır. Milli Təhsil Məlumat Bazası Məlumat və Resurs Mərkəzində saxlanılır ki, bu da sistemə daxilolma hüquqlarının tam təhlükəsizliyini təmin edir. Toplanılacaq məlumatın təhlili, monitorinqi, proqnozlaşdırılması və planlaşdırılması:

* Rayon səviyyəsində və ya birbaşa məktəblərdən toplanılan məlumat üzrə hesabatlar;
* Təhsil sahəsində müxtəlif layihələr üzrə hesabatlar
* Təhsil sahəsində fəaliyyət göstərən Təhsil Nazirliyi tərəfindən koordinasiya edilən müxtəlif təhsil təşkilatları üzrə hesabatlar

Sistem istifadəçiləri rollar və hüquqları üzrə qruplaşdırılır ki, bu, məlumata seçmə daxilolmanı və məlumatın təhlükəsizliyini təmin edir. Hər istifadəçi vəzifəsinə müvafiq məlumata daxilolma hüququna malikdir.
     
         Məktəb Xəritəsi

Məktəb Xəritəsi Azərbaycan rayon və şəhərləri üzrə ətraflı məlumat təqdim edir.


 

 

Məktəb Xəritəsi həm Azərbaycan rayon və şəhərləri üzrə məktəblər haqqında statistik, analitik, kompleksli məlumat, həm də hər bir məktəb üzrə ətraflı məlumat təqdim edir. Milli Təhsil Məlumat Bazasında saxlanılan və ictimaiyyətə açıq olan məlumat avtomatik olaraq qrafik şəkildə veb səhifə vasitəsilə ictimaiyyətə təqdim olunur.
  ətraflı
Elektron Dərslər İdarəetmə Proqramı

Bu proqram interaktiv multimedia materiallar, interaktiv bələdçilər, çalışmalar, imitasiyalar, testlər kimi müxtəlif təhsil məzmununu idarə edir və təqdim edir


 

 

Bu proqram interaktiv multimedia materiallar, interaktiv bələdçilər, çalışmalar, imitasiyalar, testlər kimi müxtəlif təhsil məzmununu idarə edir və təqdim edir:
* Virtual sinif otağı - sinxron tədris üçün optimallaşdırılmış sistemdir, müəllim tədris prosesini yaratmaq, koordinasiya etmək, uyğunlaşdırmaq və nəzarət etmək imkanına malik olmaqla onlayn dərsi tamamilə idarə edir.
* Virtual kitabxana - bütün təhsil məzmunu standart formatda saxlanılır və idarə edilir
* Testləndirmə və qiymətləndirmə - elektron testləndirmə və qiymətləndirmə mexanizmidir.
  ətraflı
İnteraktiv Elektron Dərslər

İnteraktiv dərslər daha müasir və çevik tədris üsulunu təqdim edir.


 

 

İnteraktiv dərslər daha müasir və çevik tədris üsulunu təqdim edir. Bu, 2005-ci ildə WSIS ("World Summit for Information Society") çərçivəsində təşkil edilmiş World Summit Award" müsabiqəsində - "E-Məzmunda dünyanın ən yaxşısı" adına layiq görülmüş interaktiv resurslardır. Bu resurslar vasitəsilə müəllim uşaqlarda dərslərə həvəsi artıraraq və müxtəlif tədris sistemləri birləşdirərək ənənəvi tədris prosesini tamamlaya bilər.
  ətraflı
Copyright 2011. Ultra