az

Rəsmi HP və HPE Texniki Servis Mərkəzi

Rəsmi HP və HPE Texniki Servis Mərkəzi

Ultra Technologies şirkətinin Texniki Servis Mərkəzi müştərilərinə aşağıda qeyd olunan rahat imkanlardan yararlanmağa dəvət edir:

  • Pulsuz diaqnostika və məlumatlandırma dəstəyi
  • Keyfiyyətli və sürətli təmir xidmətləri
  • Sertifikatlaşmış peşəkar mühəndislərin işi
  • Orijinal HP və HPE hissələri
  • Məzənnə istinad etmədən yaxşı qiymət təklifləri
  • Bütün görüləcək işlərə zəmanət

Ultra Technologies şirkəti HP və HPE üzrə avtorizə edilmiş rəsmi servis mərkəzidir. Bizim mühəndislər təmir və zəmanət xidmətlərinin göstərilməsinə dair HP İnc. və Hewlett-Packard Enterprise tərəfindən sertifikatlaşdırılmışdır.

HP və ya HPE məhsulları dözümlüyünə və keyfiyyətinə görə dünyada ən yaxşı məhsullardandır. Yalnız hər hansı bir texniki nasazlıq və ya təmirə ehtiyac yaranlbsa, tam əminliklə bizim texniki mühəndislərimizə etimad göstərə bilərsiniz. Biz xidmət zamanı HP və HPE standarlarına əməl edir, müştərinin tələblərinə uyğun lazımı detalların yenilənməsi və ya təmiri üzrə xidmət təqdim edirik.

Siz servis mərkəzinə müraciət etdikdə, avadanlığınızda yaranmış problemi bildirirsiniz. Əgər avadanlıq yanmırsa, biz onu 30 dəqiqə ərzində tam diaqnostika edərək, problemlərini sizə bildiririk. Əgər yaranmış problem zəmanət standartlarına uyğundursa, biz işin icrasına başlayırıq. Yox, hər hansı bir fiziki zədə və ya zəmanət qaydalarına uyğun olmayan şərtlərə daxildirsa, bu zaman Sizə təmirlə bağlı proseduru və xərclərlə bağlı məlumat veririk.

Təqdim etdiyiniz məhsulun hər hansı bir detalı bizim anbarda yoxdursa, HP və HPE standardlarına uyğun qısa zaman ərzində yeni detalın gətirilməsini təmin edirik.

Bizim mühəndislər hər gün müxtəlif təmir çətinlikləri ilə üzləşərək təcrübələrini artırır. Fəaliyyətimiz dövründə biz HP noutbukları, kompüterləri, monitorları və s. eyni zamanda HPE server, şəbəkə avadanlıqları, storage, hard disk və s. təmir və zəmanət xidmətləri göstərməklə bəlli bir səviyyəyə çatmışıq.


Müştərilərin avadanlıqlarında yaranmış problemin həlli – bizim mühəndislərin əsas məqsədidir.




fancyBox - Fancy jQuery Lightbox Alternative | Demonstration