az

Korporativ lisenziyalaşdırma Microsoft LSP Status

Korporativ lisenziyalaşdırma Microsoft LSP Status

“Microsoft Licensing Solution Provider” (LSP) statusu (əvvəllər – Large Account Reseller, LAR) uzun illər ərzində öz peşəkarlığını və sifarişçilərlə iş keyfiyyətini təsdiq etmiş “Microsoft” tərəfdaşlarına təqdim edilir.

Bu status tərəfdaşa iri korporativ müştərilərə (250-dın çox kompüter parkına malik) xüsusi şərtlərlə Korporativ lisenziyalaşdırma proqramı çərçivəsində “Microsoft” lisenziyalı proqram təminatı, o cümlədən, Enterprise Agreement (EA), Enterprise Agreement Subscription (EAS) və Microsoft Product and Service Agreement (MPSA) təqdim etmək imkanı verir.

EA və EAS razılaşması bilavasitə sifarişçi-şirkət, “Microsoft” korporasiyası və tərəfdaş arasında 3 il müddətinə və müddətin uzadılması imkanı ilə bağlanılır. Bu, maliyyə yükünü əhəmiyyətli dərəcədə aşağı salmağa və ödəmələrin hissə-hissə ödənilməsi və müqavilənin qüvvədə olduğu dövr ərzində qiymətlərin fiksasiya edilməsi hesabına xərcləri optimallaşdırmağ imkan verir.

Proqrama daxil edilmiş “Software Assurance” kompleks dəstək proqramı sayəsində sifarişçilər, yeni versiya hüquqları, treninq-mərkəzlərdə tədris almaq üçün pulsuz qəbzlər, gecə-gündüz texniki dəstək və s. də daxil olmaqla, 15-dən artıq əlavə imtiyaz əldə etmiş olurlar.



fancyBox - Fancy jQuery Lightbox Alternative | Demonstration