az

DəmirBank Əsas və Reserv Data Mərkəzinin yenidən yaradılması üzrə layihə

DəmirBank Əsas və Reserv Data Mərkəzinin yenidən yaradılması üzrə layihə

Layihənin məqsədi

• Şəbəkənin yenilənməsi, İT infrasturukturun yenidən qurulması
• Müasir standartlara uyğun Data Center-in yaradılması


Əsas problem İT infrastukturda olan bütün avadanlıqların mənəvi köhnəlməsi və Data mərkəzin təhlükəsizlik standartlarına cavab verməməsi, rezerv məlumat mərkəzinin olmaması idi.
Data Mərkəz daxili 160GB/s hər bir serverlərdə 40GB/S sürətə malik infrastruktur. Hər iki storage arasında online sinxronizasiya quruldu.


Əsas və rezerv  məlumat  mərkəzlərinin  yaradilmasi

1.    Elektromaqnit şüaların buraxılmaması üçün otağın tikintidən sonra dəmirlə ekranlaşdırılması
2.    Səs və rütubətin otağa daxil olmaması üçün xüsusi materiallarla üzlənməsi və alçipanla ekranlaşdırılması
3.    HST brendli kabellərlə elektrik naqillərinin çəkilməsi
4.    Yanğına davamlı tavan və döşəmənin vurulması
5.    Yanğına davamlı qapıların təchiz olunması
6.    Biometrik giriş sisteminin quraşdırılması. Virdi sistemi ilə kart və barmaq izi ilə giriş imkanı
7.    Avtomatik monitorinq sisteminin qurulması. Tüstü, temperatur, rütubət sensorları ilə təmin olunması və hər hansı bir dəyişiklik qeydə alınan zaman SMS və ya email vasitəsilə xəbərdarlıq imkanı
8.    FM-200 qazı ilə təmin edilmiş yanğınsöndürmə sistemi.Hər otaqda 6 sensor ilə təmin olunmuş. Seçilən rejimdən asılı olaraq yanğınsöndürmə funksiyası.
9.    Kamera müşahidə sistemi
10.  2 ədəd alman istehsalı – STULZ tipli 71,7KW gücə malik kondisioner sistemi. Otağın temperaturana tam nəzarət edir.
11.  2 ədəd Tunçmatik UPS sistemləri. Kəsintisiz elektrik enerjisini təmin edir.


Nəticə

•   Bankın infrastruktur özəyi yenidən quruldu.
•   Müasir standartlara cavab verən əsas və rezerv məlumat mərkəzi yaradıldı.
•   Bankın yenidən İT infrastrukturu və İT şəbəkəsi quruldu.



Köhnə  ilə  yeni  sistemin  rəqəmlərlə  fərqləri

•   Storage həcmi 6 dəfə artım;
•   Server və infrastruktur arasında əlaqənin sürəti 20 dəfə artım
•   Operativ yaddaş 12 dəfə artım
•   Virtual maşınların sayı 4 dəfə artım



İstifadə  olunmuş  brendlər





fancyBox - Fancy jQuery Lightbox Alternative | Demonstration