az

Differensial əmək haqqı sistemi

Differensial əmək haqqı sistemi

Azərbaycanın ən iri inteqrator şirkəti “Ultra Technologies” savadlı iqtisadçı kadrlar hazırlayan və ən yüksək təhsil müəssisələrindən biri hesab olunan Azərbaycan Dövlət İqtisad Universitetində differensial əmək haqqı sistemi tətbiq etmişdir.

Yeni yaradılan sistem Azərbaycanda bir ilkdir. Sistemin hazırlanmasında məqsəd Azərbaycan Dövlət İqtisad Universitetində professor-müəllim heyətinin xidməti fəaliyyətini obyektiv kriteriyalar əsasında qiymətləndirərək əmək haqqlarını differensiallaşdırmaqla onların elmi-pedaqoji fəaliyyətlərinin ADİU-nun inkişaf hədəfləri istiqamətində stimullaşdırılmasını gücləndirməkdir.

Sistemin qaydaları “Azərbaycan Respublikasının Təhsil Haqqında Qanunu”, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası” və “Azərbaycan Dövlət İqtisad Universitetinin Nizamnaməsi” əsasında hazırlanmışdır.

Tətbiq edilmiş differensial əmək haqqı sistemində professor-müəllim heyətinin elmi fəaliyyətləri, tədris fəaliyyətləri, özünü inkişaf fəaliyyətləri 12 kriteriya əsasında hər bir müəllim üçün “Müəllimin İllik Xidməti Fəaliyyət Balı” hesablanır. Sistemdə hər bir müəllim üçün şəxsi kabinet mövcuddur ki, müəllim şəxsi kabinetə daxil olaraq əsas 3 istiqamətdə fəaliyyətlərini sistemə əlavə edərək differensial əmək haqqının hesablanmasına nail olacaqdır.

Qeyd edək ki, Ultra Technologies və Azərbaycan Dövlət İqtisad Universiteti bundan öncə bir neçə iri miqyaslı təhsil-tədris prosesinin müasirləşməsi və gücləndirilməsi istiqamətində işlər görmüşdür ki, bunlara misal olaraq: Universitetin onlayn imtahan sistemi, univerisitetin avtomatlaşdırılması, Eduman – təhsil sistemi, elektron jurnal, elektron kitabxana, elektron sənəd dövriyyəsi, müasir standartlara cavab verən İT infrastruktur, elektron podiumlar və s. layihələr həyata keçirmişlər.



fancyBox - Fancy jQuery Lightbox Alternative | Demonstration