az

Task1 – Tapşırıqların idarəedilməsi və nəzarət sistemi

Task1 – Tapşırıqların idarəedilməsi və nəzarət sistemi

Sistemin funksionallığı

TaskOne - tapşırıqların verilməsi və tapşırıqların icra olunmasına nəzarət prosesinin avtomatlaşdırması sistemidir.

Bu sistem xidmət növündən asılı olmayaraq bütün müəssisələrdə tapşırıqların verilməsi və həlli prosesinin avtomatlaşdırılmasını həyata keçirir. Həmçinin, müştəri xidmətləri göstərən müəssisələrdə iş prosesinin optimallaşdırılmasına imkan yaradır.

Sistem  vasitəsi ilə qəbul olunan sorğuları qeyd etmək, tapşırıqları yönəltmək, tapşırığın həllinə və əməkdaşların məşğulluğuna  nəzarət etmək mümkündür.


Sistem sorğunun qəbulu və emalı prosesi

Sistem sorğunun qəbulu və emalı prosesinin avtomatlaşdırılması nəticəsində sorğulardan yaranan tapşırıqların daha sürətli həllini təmin edir. Bu sistem  müəssisələrə sorğuların emalı prosesində vaxt itkisini minimuma endirməklə daha  keyfiyyətli  xidmət göstərmək imkanı yaradır.



Tapşırıqların həlli prosesi

TaskOne sistemindən bütün müəssisə  əməkdaşlarının istifadə etməsi  nəzərə tutulub. Sistemdəki hər bir əməkdaş aldığı və ya göndərdiyi tapşırıqların siyahısını görmək və  tapşırığın vəziyyəti haqqında məlumat əldə etməklə yanaşı  cari vaziyyət haqqında məlumatları daxil edə bilir. Sistemdə tapşırığın həlli zamanı iştirak edən bütün əməkdaşların verilmiş tapşırıqda rollarını və qeydlərini görmək mümkündür.



Tapşırıqların statusu

Tapşırıqların statusu anlayışı tapşırıqların prioritetindən aslı olaraq onları ayırmağa imkan yaratmaq  və zamana uyğun olaraq həllini təyin etmək üçün sistemə daxil edilmişdir. Sistemdə istifadəçiyə statusu və planlama zamanını daxil etmək  və vəziyyətdən asılı olaraq dəyişmək imkanı yaradılıb.


Məşğulluğa nəzarət

Sistemdə təşkilati sturuktur vasitəsi ilə bütün əməkdaşlar qeydə alınır və müəssisədə əməkdaşlar üzrə cari məşğulluq haqqında məlumat almaq imkanı yaradır. Cari və ya istənilən zamana görə bütün tapşırıqlara və onların həlli tarixçəsinə baxmaq imkanı da sistemdə nəzərə alınıb.

 

Hesabatlar və  sistem istifadəçiləri

Sistemdə müxtəlif növ hesabatlar əldə etmək mümkündür. Sistem cari  və tarixə görə, qəbul olunan sorğulara və tapşırıqlara görə istənilən hesabatı almağa imkan yaradır. Həmçinin, istənilən sayda sistem istifadəçisi yaratmaq  imkanı ilə bərabər, istifadəçi  müxtəlifliyini nəzərə alaraq  xüsusi çox funksiyalı istifadəçi paneli nəzərdə tutulub.


Sistemin üstünlüklər


  • İstənilən sayda istifadəçi yaratmaq imkanı və istifadəçilər üçün cox funksiyalı istifadəçi paneli
  • Tapşırıqlar üçün sistemdə status  və planlama vaxtı funksionallığı
  • Müəssisədə olan bütün sorğu və tapşırıqların elektron şəkildə bazasının olması
  • Operativ axtarış sistemi
  • Tapşırıqların həllinə nəzarət etmək imkanı
  • Müəssisə üzrə bütün əməkdaşlar haqqında məlumat bazası
  • Verilənlərin təhlükəsizliyinin təmin olunması və məlumatların qorunması
  • Əməkdaşların məşğulluğu barədə məlumat almaq imkanı
  • Sorğuları əhatəli  şəkildə daxil etmək imkanı
  • Rahat istifadəçi interfeysi
  • Tapşırığa dair bütün etapları özündə saxlayan  əhatəli tarixçə
  • İstənilən hesabatın  tez bir zamanda əldə edilməsi
  • Oracle ve Java texnologiyalari üzərində qurulmuş sürətli  və dayanıqlı sistem


Sistemin modulları



İstifadə Olunan Texnologiyalar

        






fancyBox - Fancy jQuery Lightbox Alternative | Demonstration