az

MedUP – tibb müəssisələrinin idarəetmə sistemi

MedUP – tibb müəssisələrinin idarəetmə sistemi

Sistemin funksionallığı


MedUP – Tibb Xidməti İdarəetmə sistemi.Tibb Xidməti İdarəetmə Sistemi bütün səhiyyə müəssisələri üçün nəzərdə tutulan, pasientlərə  tibbi xidmətin avtomatlaşdırılmasını təmin edir.


Tibbi proseslərin avtomatlaşdırılması və idarəedilməsi üçün nəzərdə tutulun bu sistem, pasientlərin tibbi kitabçası, ambulator və stasionar müalicələri, dövrü tibbi baxışları, tibbi baxışları haqqında  məlumatların daxil edilməsini və onlardan istifadəni h
əyata keçirir.

                                        

Tibbi kitabça

Bu sistem əsas olaraq pasientin tibbi kitabçasının elektron şəkildə yaradılması və istifadə olunmasını təmin edir. Yaranmış tibbi kitabça vasitəsi ilə pasientin  sağlamlıq vəziyyəti  haqqında hərtərəfli məlumat almaq  mümkündür. Qeydiyyatdan keçmiş hər bir pasientin tibbi kitabçasına müayinə və müalicə prosesi barəsində məlumatlar daxil edilir və dövrü olaraq sistemdə yenilənir.

 

Pasientlərin mualicə prosesi

Sistemdə elektron şəkildə yaradılmış pasientin tibbi kitabçasında, cari ambulator və ya  stasionar müalicələrinə nəzarət etmək və müalicə prosesləri haqqında geniş şəkildə məlumat almaq mümkündür. Passientin müayinə, analizlər, diaqnoz təyini və müalicə prosesi həmçinin, cərrahi əməliyyatı  haqqında məlumatları daxil etmək , elektron sənəd şəklində sistemdə saxlamaq mümkündür. Bu sistem istənilən vaxt sistemdən tibb müəssisəsi üzrə bütün pasientlərin siyahinisi elektron variantda əldə etməyə imkan yaradır.

 

Hesabatlar və  sistem istifadəçiləri

Sistemdə müxtəlif növ hesabatları  və pasientlər haqqında istənilən məlumatı əldə etmək mümkündür. Sistem cari  və tarixə görə, pasientlərə və müalicə proseslərinə görə hesabatlar almağa imkan yaradır. Həmçinin, sistemdə istənilən sayda sistem istifadəçisi yaratmaq  imkanı ilə bərabər, istifadəçi  müxtəlifliyini nəzərə alaraq  xüsusi çox funksiyalı istifadəçi paneli nəzərdə tutulub.

 

Axtarış sistemi

Sitemdə sadə, sürətli və ətraflı axtarış modulları ixtiyari sorğunun tapılması prosesini asanlaşdırmaq üçün nəzərdə tutulmuşdur. Ətraflı axtarış modulu sistemdə bir neçə parametrə görə lazımi məlumatı operativ şəkildə tapılmasını təmin edir.


Sistemin üstünlükləri

  • Ümumi  tibb xidmətləri üzrə lazım olan bütün hesabatların tez bir zamanda əldə edilməsi
  • Rahat istifadəçi interfeysi
  • Oracle ve Java texnologiyalari üzərində qurulmuş sürətli sistem
  • Verilənlərin təhlükəsizliyinin təmin olunması
  • Ümumilikdə tibb müəssisələrində elektron tibbi kartlardan istifadə
  • İstənilən həcmdə və növdə məlumatların daxil edilməsi
  • İxtiyari sayda istifadəçilərə sistemə daxilolma hüququnun verilməsi
  • Operativ axtarışsistemi
  • “Web application “ üzərində yazıldığından ixtiyari yerdə və zamanda məlumatların alınması
  • Pasiyentlər haqqında bütün məlumatların elektron 
  • formada əldə edilməsi


Sistemin modulları

Tibbi qeydiyyat modulu
Pasiyentlərin qeydiyyatı modulu
Planlaşdırılan müraciətlər modulu
Dövrü tibbi baxışlar modulu
Sorğular modulu
Cari ambulator müraciətlər modulu
Cari stasionar müalicələr modulu
Cari tibbi baxışlar modulu
Müayinə və analizlər modulu
Tibbi təchizat (mədaxil, məxaric) modulu
Ətraflı axtarış modulu
Arxiv modulu
Təşkilati struktur modulu
Əməkdaşlar modulu
İstifadəçilər modulu
Məlumat Kitabçası modulu
İxrac (excel və pdf formatına ixrac) modulu
İnformasiyanin ötürülməsi modulu
Operativ yenilənmə modulu
İstifadəçilərin idarəedilməsi modulu
Məlumat lüğətlərinin idarəedilməsi modulu
Hesabatlar modulu
Tibbi qeydiyyatda olan şəxslər haqqında məlumatın idarəedilməsi modulu

 

İstifadə Olunan Texnologiyalar

        





fancyBox - Fancy jQuery Lightbox Alternative | Demonstration