az

ALISA Automated Library Information System of Azerbaijan

ALISA Automated Library Information System of Azerbaijan

Sistemin funksionallığı

ALISA (Automated Library Information System of Azerbaijan) sistemi kompleks bir layihə kimi Azərbaycanın Kitabxana sistemini inkişaf etdirmək üçün yaradılmışdır.

Sistem kitabxana daxili prosesləri və kitabxana -oxucu münasibətlərini tam avtomatlaşdırır və bu proses üçün lazımi mühitin yaradılmasına təkan verir. Proqramın yazılması və quraşdırılmasında əsas məqsəd istənilən kitabxananın sistemə qoşulması və oxuculara göstərilən xidmətin daha operativ olunması, onlayn xidmətlərin yaradılması, kitabxananın daxili proseslərinin tam avtomatlaşdırılmasıdır.

Sistemin onlayn rejimdə çalışması, sistemə dünyanın istənilən nöqtəsindən daxil olmaq imkanı yaradır. Sistemdə kitabxananın bütün fəaliyyəti nəzərə alınıb.


Bura: kataloq düzəltmə, komplektləşdirmə, kitab sifarişi, kitabların verilməsi, oxucuların qeydiyyatı və əməkdaşlar haqqında məlumatları aid etmək olar. Sistem həmçinin, unikal axtarış sistemi və müxtəlif çeşidli hesabatlara malikdir.



İstifadə olunan texnologiya və standartlar








İnteqrasiya olunan avadanlıqlar

Özünəxidmət sistemi (Selfcheck)

3М şirkətinin özünəxidmət həlləri kitabxanaçını kitab verilişi və kitab qəbulu kimi işlərdən azad edir və bununla kitabxanaçının, oxucunun konsultasiya və mədəni-maarifləndirməsinə sərf edilən vaxtı artır.

3M SelfCheck (Özünəxidmət) sistemi oxucuya sərbəst halda kitabın alışı və qaytarılmasının qeydiyyatını aparmağa imkan yaradır. Sistem həm ştrix-kodları, həm də RFID-nişanlarını oxuya bilir və eyni anda kitabxana fondunun bir neçə nüsxəsini emal edir.



Fondun müdafiə sistemi (3M RFİD Gate)

3M müdafiə sistemi 40 ildən artıq dünyanın aparıcı kitabxanalarının fondlarının qorunması ilə məşğuldur.

Bu sistem kitabxana fondlarından oğurluğun qarşısını alır. 3M müdafiə sistemi keyfiyyəti azaltmamaq şərtilə kitabxananın mühafizə xərclərini azaldır. 3M sistemi kompleks şəklində də təqdim edilə bilər. Kompleksə fondun müdafiə sistemi ilə yanaşı özünəxidmət sistemi, kitabxanaçılar üçün sistem və RFİD-nişanlar daxildir. 3M Həllərinin avtomatlaşdırılmış kitabxana sistemləri rahat inteqrasiya edilə bilər.






PAD (Kitabxanaçının iş yeri)

Kitabxanaçının universal iş yeri həm kitabların verilişi və qəbulu həm də RFİD-nişanlarının proqramlaşdırma və yenidən proqramlaşdırma üçün nəzərdə tutulub.

Ştrix-kod və RFİD-nişanla işləməyi bacaran avadanlıq eyni anda bir neçə kitabın qeydiyyatını apara bilir. Bundan savayı, RFİD-nişanının üzərinə ştrix-kodu çap etməyə qadirdir.




İnteqrasiya olunan avadanlıqlar


Qeydiyyat köşkü

Oxucu kitabxanaya daxil olduqda qeydiyyat köşkünə yaxınlaşaraq şəxsiyyət vəsiqəsini xüsusi skan vasitəsi ilə skan edir. Bu zaman qeydiyyat köşkü şəxsiyyət vəsiqəsinin pin kodu əsasında oxucunun sistemdə olub-olmamasını yoxlayır.

Əgər oxucu artıq sistemdə varsa və o, oxucu kartını itiribsə, və eləcə də, əgər onun oxucu kartı varsa və o bloklanmışdırsa, oxucu qeydiyyat masasına (reception) yaxınlaşmalıdır. Əgər oxucu sistemdə yoxdursa, köşk, oxucunun şəxsiyyət vəsiqəsindən məlumatları oxuyaraq və həmçinin, onun şəklini çəkərək oxucunu sistemə daxil edir və ona xüsusi RFİD-kart üzərində oxucu bileti çap edir. Bu bilet ilə oxucu kitabxanada olan bütün avadanlıqlardan istifadə edə bilər.




Həllin fəaliyyət sxemi

1.  Oxucu kioska yaxınlaşıb qeydiyyatdan keçir və oxucu biletini alır.
2.  Oxucu, oxucu bileti ilə turniketdən keçir.
3.  Kitab sifarişi. Oxucu xüsusi ayrılmış nəşr axtarışında istədiyi kitabı tapıb sifariş edir.
4.  Oxucu sifariş etdiyi kitabı növbə monitorunda görə bilir.
5.  Kitab «Pad»-in üzərinə qoyulur və «Pad»-in proqramı ilə kitab oxucuya verilir.
6.  Oxucu «Self Check»-a yaxınlaşıb oxucu biletini və kitabı xüsusi ayrılmış hissəyə qoyur.




Sistemin üstünlükləri

  • Ən son veb texnologiyalar əsasında qurulan vahid mərkəzləşdirilmiş sistem
  • Bütün kitabxanaların öz səhifələrini yarada biləcəyi Vahid Mərkəzləşdirilmiş Portal
  • Vahid oxucu bileti
  • İstifadəçi üçün maksimum asan qurulan, istənilən dil üzrə lokallaşdırıla bilən rahat interfeys
  • Milli simvolların tam dəstəklənməsi
  • Kitabxana işinin avtomatlaşdırılması üçün qəbul olunmuş beynəlxalq MARC21 formatının tam dəstəklənməsi
  • İstənilən növ sənəd və məlumat üzrə ətraflı axtarış sistemi
  • Sistemin həm birbaşa internet üzərindən, həm də lokal istifadə oluna bilmə imkanı


Tətbiq olunan layihələr

  • 1. AMEA Mərkəzi Kitabxanası
  • 2. Səbail MKS
  • 3. Xətai MKS
  • 4. Nərimanov MKS

ALİSA modulları

  • Təşkilati struktur
  • Mini HR (daxili istifadəçi oxuyucu bazası)
  • Təhlükəsizlik və səlahiyyət modul
  • Dinamik axtarış modulu
  • Dinamik hesabatlar modulu
  • Komplektləşdirmə
  • Kataloqlaşdırma
  • Nüsxələr
  • Sənədin tarixçəsi
  • Mənbə
  • Sifariş
  • Veriliş
  • Bron
  • Kitablar üzrə ətraflı axtarış modulu
  • Oxucuların şəxsi kabinetləri
  • Oxucuların kitab rezervasiya modulu



fancyBox - Fancy jQuery Lightbox Alternative | Demonstration