az

NEXUS UltraNote – Nazik və cəlbedici dizayna malik netbuk

NEXUS UltraNote – Nazik və cəlbedici dizayna malik netbuk

NEXUS şirkəti Ultranote adlı yeni nəsil noutbuku istehlakçılara təqdim etdi. NEXUS UltraNote noutbuku ən son İntel Ultrabook texnologiyası ilə hazırlanmış və dünyada ən nazik noutbuklar sinfinə daxildir. Texnologiya sahəsində aparıcı qüvvəyə malik olan "Intel" koorporasiyası    hazırladığı yeni nəsil kompüteri olan "Ultrabook" kompüterlə texnologiya aləmində inqilab edə bilər. Belə ki, hazırda istifadə etdiyimiz "noutbuk", "netbuk"lara nisbətən daha yüngül, “UltraNote” noutbuku zövqlə  işlənmiş dizayna malikdir və onun hər bir hissəsi mükəmməlliyi ilə seçilir.  2.6 GHZ tezlikdə çalışan Intel i5 prosessoru və 4GB DDR III RAM ilə təchiz olunmuş Ultranote, gündəlik istifadədə və çətin şəraitdə dözümlülük və işləmə qabiliyyəti cəhətdən kifayət qədər güclüdür.  6800 MAH-lik akkumulyator Ultranote-un işləmə vaxtını 420 dəqiqəyə qədər artırır. Bu isə Sizə Ultranote-da elektrik enerjisindən istifadə etməyərək işləmək imkanı yaradır.  14 düymluq geniş ekran və yuksək tezlikdə çalışan 1.7 GB-lıq Intel HD Graphics Video Adapter sizə görüntünü son texnologiyalara uyğun olaraq dəqiq və yüksək keyfiyyətdə çatdırır.
UltraNote da vacib və dəyərli məlumatları təhlükəsiz qaydada saxlamaq üçün 120 GB-lıq SATA SSD təklif olunur . Yüksək sürətli 10/100/1000Mb base-TX Ethernet LAN portu və Wi-Fi vasitəsi ilə daim yüksək sürətli internet şəbəkəsinə qoşulmaq təmin olunur.  Məlumatların sürətli ötürülməsi üçün də UltraNote müxtəlif portlarla təchiz olunmuşdur. Bunlardan 1 ədəd USB 2.0, 1 ədəd USB 3.0, VGA, HDMI, RJ-45 və təbii ki, 9 növ yaddaş kartlarını dəstəkləyən Card Reader və s. göstərmək olar  
Çox yüngül- cəmi 1.8 kq olan UltraNote istifadə və portativlik cəhətdən əvəzedilməzdir. “Nexus”  şirkətinin istehsalı olan noutbuk öz funksionallığı və geniş imkanlı xüsusiyyətlərinə və müasir bazar qiymətləri ilə müqayisədə olduqca sərfəlidir – 750 AZN. NEXUS Ultranote noutbukunu 1 illik zəmanətlə təqdim edir.  
NEXUS  şirkətinin istehsal etdiyi yeni noutbuklar və planşetlər, ən son dünya texnoloji yenilikləri nəzərə alınmaqla hazırlanır və məhsulun yüksək keyfiyyəti təmin edilir. NEXUS noutbuklarının modellər üzrə təsnifatlandırılması müştərilərimiz üçün texniki parametrlər və dizayn üzrə seçimi olduqca sadə və rahat edir.



fancyBox - Fancy jQuery Lightbox Alternative | Demonstration