az

ORACLE korporasiyası ULTRA şirkətini MDB-də ilin şirkəti elan etdi

ORACLE korporasiyası ULTRA şirkətini MDB-də ilin şirkəti elan etdi

Martın 19-u Rusiyanın Moskva şəhərində “Oracle Partner Executive Forum” tədbiri keçirilmişdir.

Bu möhtəbər tədbirdə MDB ölkələrinin ən iri İT şirkətlərinin nümayəndələri  iştirak etmişdir.

Oracle Partner Executive Forumu ildə bir neçə dəfə müxtəlif şəhərlərdə keçirilir. Tədbir zamanı Oracle korporasiyasının ən son yenilikləri ilə yaxından tanış olmaq olur.

Ultra Technologies şirkətinin tərəfdaşları ilə birlikdə,   Azərbaycan maliyyə sektorunda Oracle texnologiyalarına əsaslanan xüsusilə, “Oracle Business İntelligense” analitik platforması üzərində analitika və hesabatlılıq sistemlərinin uğurlu tətbiqinə və əldə etdiyi nəticələrə görə - bu yüksək mükafata nail görülmüşdür.

Qeyd etmək istərdik ki, 20 illik fəaliyyəti dövründə, Ultra Technologies şirkəti 10 ildən çoxdur ki, Oracle korporasiyasi ilə tərəfdaşlıq edir. Bu dövr ərzində şirkət  maliyyə və bank sektorunda biznes təhlil sistemlərinin qurulması üzrə çoxillik təcrübəyə malikdir və bir çox  banklarda bu sıradan olan müxtəlif  həlləri tətbiq etmişdir.

Bu gün dünyanın 175 ölkəsində fəaliyyət göstərən və 430.000-dən çox müştərisi olan Oracle korporasiyasının Azərbaycanda strateji tərəfdaşlarından biri Ultra Technologies şirkətidir. 



fancyBox - Fancy jQuery Lightbox Alternative | Demonstration