az

Ultra Technologies şirkətinin -10 illik fəaliyyəti

Ultra Technologies şirkətinin -10 illik fəaliyyəti

Hazırda bəşəriyyət sürətli informasiya - kommunikasiya texnologiyaları əsrini yaşayır. İndi cəmiyyətin inkişafını İKT-dən ayrı təsəvvür etmək mümkün deyildir. Məlum olduğu kimi, 2003 cü ildə Azərbaycanda informasiya –kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı on illik milli strategiya qəbul olunmuşdur. Azərbaycanın ən böyük sistem inteqratoru olan Ultra Technologies şirkəti  10 il ərzində həyata keçirilmiş  bir sıra layihələrdə Azərbaycanda İKT sektorunun inkişafına öz töhfəsini verib.
2003-cü ildə Azərbaycanda  ilk noutbuk brendi yaradıldı. ” Nexus “ Azərbaycanın İT bazarında müasir texnologiyaların inkişaf etdirilməsi məqsədilə yaradılıb.  Nexusun istehsalı ən son dünya işləmələri nəzərə alınmaqla təşkil edilib və məhsulun sabit keyfiyyətini təmin edir.  
Ultra Technologies şirkəti İntel Korporasiyası ilə birgə 2004-сü ildə Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə Bakı Biznes Mərkəzində (Milli Park) simsiz internet əlaqəsini işə salmışdır.
Ultra Technologies şirkəti  İntel, Microsoft, İBM, HP, Cisco, Oracle, Canon,Toshiba,Tripp-Lite, Lynksys, Kingston, Sharp, AHA, Acmis, DPA, D-link və bir sıra beynəlxalq şirkətlərin Azərbaycanda rəsmi statuslu tərəfdaşıdır.
Bakı Biznes Mərkəzində - 2005-ci ildə Ultra Technologies şirkətinin təşkilatçılığı ilə MDB-də İntel “Sonoma “ texnologiyasının premyerası keçirilmişdir.
Ultra Technologies şirkəti Cənubi Qafqazda müxtəlif tərəfdaş həlləri bazasında biznes-proseslərin kompleks şəkildə avtomatlaşdırılması ilə məşğul olan aparıcı şirkətlərdən biridir. 2006- ci ildə Ultra Technologies “İntel Core Duo”prosessorlarını region üzrə premyerasını təqdim etdi. Qeyd edək ki, 2001 ci ildən Ultra şirkəti İntel Premier Provider statusuna malikdir.
Ultra Technologies şirkəti Azərbaycanda məlumat mərkəzləri, əlaqə mərkəzləri və server otaqlarının qurulması sahəsində aparıcı şirkətlərdən biridir. 2007-ci ildən başlayaraq  Ultra Technologies şirkəti : Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzi,  İqtisadi İnkişaf Nazirliyinin Məlumat və Resurs Mərkəzi,  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin server otağı, Ədliyyə Nazirliyinin Əhalinin Dövlət Reyestri Xidmətinin Məlumat və Resurs Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Məlumat və Resurs Mərkəzi, Axundov adına Milli kitabxananın server otaqlarının qurulmasını həyata keçirib .
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə 2008-ci ildə Ultra Technologies şirkəti tərəfindən ən böyük və uğurlu layihə həyata keçirildi - “Elektron Təhsil sistemi.” Bu sistem Azərbaycanın müəllim, şagirdləri və ümumiyyətlə təhsil sisteminin iştirakçıları üçün tətbiq olunmuşdur. Əsas məqsəd Azərbaycanın təhsil sisteminin inkişafına və müasirləşdirilməsinə öz töhfəsini vermək, məktəb idarəetmə prosesində və həmçinin orta tədris sistemində informasiya texnologiyalarından istifadəni tətbiq etmək və gücləndirməkdən ibarətdir.
2010-cu ildə “Təhsil Sisteminin  informasiyalaşdırılması üzrə Azərbaycan Respublikasının Dövlət Proqramı”çərçivəsində 20-dən çox məktəbə E- Təhsil sistemi tətbiq edilmişdir.
Ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları, bütövlükdə informasiya cəmiyyətinin formalaşdırılması sahəsində ciddi işlər görülmüşdür.
Elektron Sənəd Dövriyyəsi . 2010-cu ildə ilk dəfə İqtisadi İnkişaf  Nazirliyində - “Meqapolis DocNet “ e-Sənəd dövriyyəsi və “HRM- kadrların idarəolunması”sistemi tətbiq olunmuşdur. Sistem insan resurslarının və sənəd dövriyyəsinin idarə edilməsi üçün yaradılmış vahid avtomatlasdırılmış  həlldir.
Elektron imza layihəsi 2011- ci ildə Rabitə və İnformasiya Texnologiyaları, Microsoft və Azerin şirkəti tərəfindən ictimaiyyətə təqdim olundu. Elektron imza - Elektron dünyada şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. İnsanların əl imzalarının, rəqəmli çeviricilərdən keçirilmiş barmaq izləri və səs kimi bioloji əlamətlərinin və kimliklərinin elektron halda doğrulanmasını təmin edən vasitədir. Elektron imza - elektron sistemdə imzanın malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və məlumatı göndərəni təyin edən bir rəqəmsal koddur.
2011-ci ilin may ayında Azərbaycan hökuməti ilə “Microsoft” şirkəti arasında  bütün dövlət orqanlarında lisenziyalı proqram təminatının istifadə edilməsi ilə bağlı  “Enterprise Agreement” sazişi imzalanıb.  “Enterprise Agreement” sazişinin imzalamasında əsas məqsəd Azərbaycanda proqram təminatının pirat versiyalarının istifadə səviyyəsini aşağı salmaqdan ibarət idi.Qeyd edək ki, dövlət orqanlarında proqram təminatının lisenziyalaşdırılması layihəsinin operatoru qismində  “Microsoft Large Account Reseller” statusuna malik  “Ultra Technologies” şirkəti çıxış edirdi. “Microsoft” şirkət ilə yüksək səviyyəli tərəfdaşlıq, “Ultra Technologies” şirkətinə, dövlət təşkilatları və iri özəl şirkətlərlə effektiv əməkdaş etməyə imkan yaradır.  Şirkət, intellektual mülkiyyətin müdafiəsi sahəsində mühüm dəyişikliklər etmək üçün  kifayət qədər təcrübəyə və böyük potensiala malikdir. “Ultra Technologies” şirkətinin ölkədə həyata keçirilən çoxsaylı İKT layihələrdə iştirakı bunu bir  daha təsdiq edir.
Bank Standard, AMRAHBANK, UNİBANK, AG BANK, EKSPRESSBANK bütün bu banklarda Ultra Technologies şirkəti tərəfindən  ST.Bank .İT .analitika və hesabat  sistemi  tətbiq olunub.
“ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılmışdır. Ultra Technologies tərəfindən  ASAN xidmət mərkəzinin fəaliyyəti üçün tam İT infrastrukturu yradılmışdır.ASAN Xidmət Xətai, Yasamal, Sumqayıt  və Gəncə filiallarında İT infrastruktur üzrə işlər aparılmışdır. Xidmət mərkəzinin rəsmi VEB səhifəsi də Ultra Technologies şirkəti tərəfindən hazırlanmışdır. Layihə ən qısa zaman ərzində reallaşdırılaraq təhvil verilib. Statistikaya görə  indiyədək 300 mindən çox vətəndaş Xidmətdən yararlanıb. Şirkət tərəfindən həmçinin  elektron növbə sistemi, məlumatların idarə olunması üzrə müasir mərkəz, Call-Center, İnnovasiyalar mərkəzi yaradılıb.
Ultra Technologies şirkəti bir çox Veb saytların yaradıcısıdır : Eurovision. az saytı, Azərbaycan Respublikası Təhsil portalı,  Heydər Əliyev Fondu , Heydər Əliyev Mərkəzi , Azərbaycan birinci xanımı Mehriban Əliyevanın rəsmi səhifəsi, Leyla Əliyevanın rəsmi səhifəsi, Heydər Əliyev Fondu “Fly to Baku” , “Azerbaijan Pavilion la Biennale di Venezia” saytlarının  yaradıcısıdır.
2012-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin  dəstəyi ilə E-Kitabxana layihəsi realizə olundu. ALİSA sistemi ən son texnologiyalarının tətbiqi ilə işlənib hazırlanmış veb əsaslı sistemdir. Sistem MARC21, İSO2109, UNİCODE, Z 3950 və digər standard və protokollar üzərində qurularaq istənilən milli, ictimai, özəl ,universitet, məktəb kitabxana proseslərinin tam avtomatlaşdırılması üçün bütün funksionallıqları özündə əks etdirir.
Ultra Technologies şirkətinin direktoru Zaur Məmmədzadə  bildirdi :
“Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq olunması və yüksək sürətlə inkişaf etməsi danılmaz bir faktdır. Bizim şirkət yaranan ilk gündən etibarən Azərbaycanın İT  bazarında fəaliyyət göstərir.Biznes proseslərinin daim optimallaşdırılmasına, İT infrastruktur, data mərkəz, inteqrasiya sistemləri, texniki dəstək, müasir avadanlıq, proqramlaşdırma, praktik təcrübə və sabit artım dinamikası haqqında topladığımız biliklər nəticəsində şirkətimiz keyfiyyətli xidmətlər və məhsullar təqdim edir. Şirkətimizin bu günki inkişaf dinamikasını sürətləndirmək və daim yeniliklər (Always Innovation) etmək üzərində böyük bir heyət işləyir və növbəti il üçün şirkətimizin  əsas məqsədi regional kompleks həllər təklif edən şirkətə , növbəti 10 il üçün isə Avropanın lider şirkətlərindən birinə çevrilməkdir. “


fancyBox - Fancy jQuery Lightbox Alternative | Demonstration